Ru
16:45 / 21 Noyabr 2024

İstixanada dəhşətli qəza: 2 ölü, 2 yaralı

İstixanada dəhşətli qəza: 2 ölü, 2 yaralı
Eye

Antalyanın Alanya rayonunda banan istixanasında rels sistemində kəmnərin qırılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində baş verib. İstixanada işləyən fəhlələr - Suriya əsilli Məhəmməd Əl Çeker, Yusuf Əl Yusuf, eləcə də Mövlud Tokaç və Ahmet Okyanus topladıqları bananları daşınmaq üçün istifadə olunan relsli sistemin qutusuna yükləyərək özləri də onun içinə daxil olublar. Eniş zamanı sürətlə hərəkət nəticəsində kəmər qırılıb və qutu beton döşəməyə çırpılıb. Güclü zərbə nəticəsində fəhlələr xəsarət alıb.

Əraziyə təcili tibbi yardım və əməliyyat qrupları cəlb olunub. Sağlamlıq qrupları Məhəmməd Əl Çekerin hadisə yerində vəfat etdiyini təsdiqləyib. Yaralanan Mövlud Tokaç, Ahmet Okean və Yusuf Əl Yusuf xəstəxanaya çatdırılıb. Lakin Mövlud Tokacı xilas etmək mümkün olmayıb.

Lalə, Bakupost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar