Ru
17:31 / 22 Noyabr 2024

İsveç Ukraynaya 2,2 milyard hərbi yardım ayıracaq

İsveç Ukraynaya 2,2 milyard hərbi yardım ayıracaq
Eye


İsveç hökuməti 2025-2026-cı illər üçün Ukraynaya 25 milyard kron (2,25 milyard ABŞ dolları) dəyərində hərbi yardım ayıracaq.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu İsveçin Müdafiə naziri Pol Yunson bildirib.

Yeni yardım paketi çərçivəsində İsveç həmçinin Ukraynanın müdafiə sənayesinin uzaq mənzilli raketlər və pilotsuz uçuş aparatları istehsalını maliyyələşdirəcək.

Yunson Ukrayna müdafiə naziri Rustem Umerovla keçirilən görüşdən sonra mətbuat konfransında bildirib ki, məhsullar Ukraynada istehsal olunacaq, lakin maliyyələşdirmə İsveç tərəfindən təmin ediləcək.

Nazir, yeni yardım paketinin təfərrüatlarının yanvar ayında açıqlanacağını da qeyd edib. İsveç hökumətinin məlumatına görə, ölkə indiyədək Ukraynaya 57,4 milyard kron (təxminən 5,2 milyard ABŞ dolları) yardım göndərib, bunun 48,4 milyard kronu isə hərbi yardıma xərclənib.

Lalə, Bakupost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar