“Məlum olduğu kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Davit İşxanyan Bakıda keçirilən məhkəməsində Qarabağda baş verən bütün proseslərin İrəvandan idarə olunduğunu etiraflar edib. Qarabağdakı qandarma terrorçu qurumun “rəhbərliyi”, “ordusu”, “nazirləri” olub, amma bütün göstərişlər Ermənistandan gəlib. Maliyyə də İrəvandan verilib".
Bunu
Bakupost.az -a hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, məhkəmədə verilən ifadələr onu göstərir ki, qondarma quruma bəzi xarici dairələrdən də dəstək verilib:
"Əlbəttə, bu faktlarla bağlı Azərbaycan lazımi addımlarını atacaq".
O qeyd edib ki, məhkəmə bitəndə və hakimlər hökmü elan edəndə bütün sadalanan faktları nəzərə alacaqlar.
Sevinc,
BakuPost