Ru
01:14 / 21 Noyabr 2024

İtaliya 12 ildən sonra bu olkəyə ilk səfir təyin etdi

İtaliya 12 ildən sonra bu olkəyə ilk səfir təyin etdi
Eye

İtaliya 10 ildən artıq davam edən fasiləyə son qoyaraq Suriyaya səfir göndərib.

Bakupost.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Diplomatik missiyaya əvvəllər İtaliya XİN-də Suriya böhranı üzrə xüsusi nümayəndə vəzifəsində çalışmış Stefano Ravanyan rəhbərlik edib.

“Dəməşqdəki işimə, böhranın mürəkkəbliyini və İtaliyanın verə biləcəyi töhfəni dərk edərək, şövqlə başlayıram”, - səfir bildirib.

Qeyd edək ki, İtaliyanın Suriyadakı səfirliyi 2012-ci ildə təhlükəsizlik məqsədilə boşaldılıb, lakin rəsmi olaraq bağlanmayıb. İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropanın regionda mövcudluğunun gücləndirilməsinin və digər ölkələrin onu inhisara almasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar