İtaliyanın şimalında türk bayraqlarının dalğalandığı bir kənd var. Moena kəndi. Maraqlıdır ki, bu kənddə türklər yaşamır. Buna rəğmən, kəndin türk bayraqları ilə bəzədilməsinin səbəbi nədir?
Bakupost.az xəbər verir ki, Rione Turchia kimi tanınan tükt bölgəsində - Moena kəndində özlərini "türk" hesab edən xalq yaşayır.
Fsunkar Dolomitlərin (Cənubi Alp) qoynunda yerləşən Moena Catinaccio, Sassolungo, Monzoni və Latemar kimi dağlarla əhatə olunub.
İtaliyada belə bir kəndin, özünün "türk" adlandıran sakinlərin varlığı təəccüblü olsa da, bu durumun tarixə dayanan bir səbəbi var. Bu tarix isə Osmanlı dönəminə qədər uzanır.
Təəccüblü hekayə vətənindən minlərlə kilometr uzaqda, heç bələd olmadığı ölkədə tək qalan yaralı Osmanlı yeniçərisi ilə başlayıb. İddialara görə, Həsən adlı yeniçəri rus, İtalyan və alman dillərini bildiyi üçün Osmanlı ordusuna kəşfiyyatçı kimi qəbul edilib.
Türkiyəli yazar Orxan Yeniaras “El Turco” adlı kitabında yazır ki, yeniçəri məlumat toplamaq üçün xristian rahibi qılığında dəfələrlə Venetsiya, Vyana, Berlin və Romaya səfər edib. Lakin Osmanlı dövlətinin baş vəziri Kara Mustafa Paşanın 1683-cü ildə İkinci Vyana Mühasirəsi üçün yola çıxmazdan əvvəl itkin düşən 12 Osmanlı kəşfiyyatçısı haqqında məlumat toplamasını istəməsi Həsənin həyatını büsbütün dəyişib.
İddialara görə, baş vəzir mühasirə zamanı hücumu gecikdirdiyi üçün osmanlıların qalib gəlməsi getdikcə qeyri-mümkün olub. Bu səbədən yeniçəri Həsən baş vəziri verdiyi yanlış qərarlara görə tənqid edib. O dövrdə bir paşanın verdiyi qərara qarşı çıxmaq isə hər igidin işi deyildi. Təbii ki, Həsənin cəsur hərəkəti ona baha başa gəlir. Osmanlı ordusunda paşanın qərarının xüsusən də yeniçəri tərəfindən şübhə altına alınması uyğun deyildi. Paşa Həsənin başını kəsməyi əmr versə də, yeniçəri artıq çoxdan təhlükəsiz yerə çatmaq üçün təxminən 200 kilometr uzaqlaşmışdı. Onun çatdığı yer isə Moena idi.
Belində qılınc, başında çalma ilə burada Osmanlı ənənələrini davam etdirən əsgər tez bir zamanda Moenanın ən zəngin adamlarından birinə çevrilir. Lakin onun dincliyi tezliklə alman feodalları tərəfindən pozulacaqdı. Belə ki, bir gün Almanlar kəndi talayır. Yeniçəri Həsən isə Ausburq hersoqluğunun ədalətsiz vergi sisteminə qarşı üsyan edir və bu ədalətsiz vəziyyəti öz xeyrinə dəyişərək kəndliləri öz tərəflərinə çəkir.
Həsənin bu addımı Moena əhalisini almanlara qarşı döyüşməyə vadar edir və o, qəsəbənin qəhrəmanı olur. Məlumatlara görə, Moenaya ədalət gətirən El Turco ömrünün sonuna kimi bu kiçik kənddə yaşayıb. O vaxtdan bəri Moena kəndi La Turchia və ya Rione Turchia kimi tanınır.
Nəsildən-nəslə keçən bu hekayə bu gün də unudulmayıb. Kənddəki türk bayrağı Həsənin hər gün xatırlanmasına səbəb olur.
Yeniçəri Həsəndən sonrakı nəsil İtaliyanın bu kiçik şəhərində onun xatirəsini əbədiləşdirib. Osmanlı əsgərinin hekayəsi hər il Moena Türk Bayramında qeyd olunqdad davam edir. Bu festival hər il avqustun ilk həftəsində qeyd olunur. İnsanlar hətta bu günü yeniçəri geyimləri ilə qeyd edirlər.
Moena xalqı Osmanlı İmperiyasının vaxından bu günə qədər türklər kimi yaşayırlar. Beləliklə, zamanla itirilən və unudulan Osmanlı ənənələrini yaşadırlar.
Zaur
BakuPost