Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Karta (Giuseppe Carta) Bakı sərgisi üçün hazırlanan yeni əsərlərini təqdim edəcək.
Bakupost.az xəbər verir ki, “Təbiətin nemətləri” (“Gifts of nature”) sərgisində müəllifin ümumilikdə 120-dən çox əsəri sərgilənəcək.
Azərbaycanın mədəni ictimaiyyətini sərgisinə dəvət edən Cüzeppe Karta Heydər Əliyev Mərkəzində ən diqqətçəkən əsərlərinin təqdim olunacağını deyir.