Ru
23:10 / 12 Fevral 2025

İti dənizə atdı - Həbs edildi - FOTO

İti dənizə atdı - Həbs edildi - FOTO
1166

Tailandda turist iti dənizdə boğduğuna görə həbs edilib.

Bakupost.az xəbər verir ki, bu barədə “The Thaiger” bildirib.

Hadisə bu ayın əvvəlində Suratthani əyalətinin Samui şəhərində baş verib.

Fevralın 7-də internetdə bir kişinin qorxmuş sahibsiz iti zorla suya atdığını göstərən video yayılıb. Çarəsiz köpək hər dəfə sahilə çıxmaq istəyəndə turist onu yenidən suyun dərinliyinə göndərib.

Sosial şəbəkə istifadəçiləri hakimiyyətdən cinayətkarı tapıb məsuliyyətə cəlb etməyi tələb ediblər. Rezonansadan sonra adam etdiyi hərəkətə görə üzr istəyib və kamera qarşısında bildirib ki, o, sadəcə olaraq iti gənələrdən xilas etməyə çalışıb.

Polis hadisəni törədənin Birma vətəndaşı olduğunu müəyyən edib. O, saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Əcnəbiyə 15 sutka həbs cəzası verilib.

Fevralın 10-da məlum olub ki, Tailand İmmiqrasiya Bürosu həmin şəxsin vizasını ləğv edib və cəzasını çəkdikdən sonra onu deportasiya edəcək.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar