Ru
15:11 / 08 Aprel 2025

İtkin düşmüş hindistanlının qalıqları ilə bağlı YENİ XƏBƏR

İtkin düşmüş hindistanlının qalıqları ilə bağlı YENİ XƏBƏR
Eye

Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məhkəmə-kriminalistika şöbəsində müayinədədir.

Bakupost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənovun APA-ya müsahibəsində deyib.

"Ekspertiza başa çatdıqdan və mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra Zaqatala rayon prokurorluğu tərəfindən sümük qalıqları şöbədən götürülərək aidiyyəti üzrə təhvil veriləcək", - o bildirib.

Qeyd edək ki, bu il fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar