Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:59 / 17 Oktyabr 2024

İxracla məşğul olanlar cərimələnə bilər - Vaxt verildi

808
“Məlum olduğu kimi, bu günlərdə Azərbaycan İqtisadi Şurasının iclası keçirilib. İclasda ixrac zamanı əldə olunan vəsaitin qanunvericiliyə uyğun olaraq, 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı inzibati və cinayət məsuliyyəti tədbirləri müzakirə edilib. İclasda qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib. İqtisadi Şuranın əsas mandatı ölkədə maliyyə və makroiqtisadi sabitliyə nail olmaqdır. Burada önəmli nüanslardan biri ölkədən valyuta axınının qarşısını almaqdır. Çünki bu addım ölkənin valyuta rezervlərini azaldır”.

Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

O bildirib ki, qaydaya görə, ixrac edilən malların pulu 180 gün ərzində ölkəyə daxil olmalıdır. Əgər bu, baş verməsə, Azərbaycan Mərkəzi Bankının hüquqi və fiziki şəxsləri cərimə etmək hüququ var. Mərkəzi Bank zaman-zaman hüquqi və fiziki şəxsləri bu istiqamətdə cərimə edir:

"Burada əsas məqam odur ki, hökumət ümumiyyətlə, bu cərimələrlə razı deyil, ixrac edilmiş malların dəyərinin tam qaytarılması üzərində nəzarəti artırmaq istəyir. Ona görə də bu sahədə vəziyyət müzakirə edilir. Yəqin tədiyə balansının profisiti azaldıqca, bu məsələlərə daha ciddi diqqət yetirmək və lazım olarsa, preventiv tədbirlər görmək istəyirlər. Çünki bu, ölkədən pul çıxışının bir kanalıdır deyə bunun cari vəziyyətini müzakirə edə bilərlər. Burada söhbət məhz ixrac edilmiş məhsulun pulunun geri qaytarılmasından gedir. Amma əvvəlki illərlə müqayisədə bu sahədə vəziyyət ciddi şəkildə yaxşılaşıb".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar