Rusiya vətəndaşı olan fransalı aktyor Jerar Depardyeyə qarşı Fransada iş açılıb.
“Report” xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
Bildirilib ki, 76 yaşlı aktyor vergi fırıldaqçılığında ittiham olunur.
Qeyd edək ki, 2024-cü ildə Paris prokurorluğu cinsi təcavüzdə günahlandırılan aktyorla bağlı istintaqa başlayıb. Fransanın 50 mədəniyyət xadimi Depardyenin müdafiəsi üçün çıxış edib. Bu iş üzrə məhkəmə 2025-ci ilin martına təyin olunub.
Xatırladaq ki, J.Depardye 2013-cü ilin yanvar ayında Rusiya vətəndaşlığı alıb. Müvafiq sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.