Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda kadr təyinatı olub.
Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Xanım Nağıyeva İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Xanım Nağıyeva əvvəllər Azərtac, Apa, GSR.FM media qurumlarında fəaliyyət göstərib.