Sosial platformada ARB TV-nin aparıcısı Aynur Sevginin adından istifadə olunaraq, dələduzluq edilib.
Bakupost.az xəbər verir ki, bu barədə teleaparıcı İnstaqram hesabında bildirib.
"Tanımadığım bir nömrə profilə mənim şəklimi qoyaraq, adımdan hər kəsdən pul tələb edir. Ümumilikdə, fərqli insanlardan 1000 manata yaxın məbləğ mənimsənilib. Bu şəxs mən deyiləm! Heç kimə inanmayın. Mən, ac qalsam belə, heç kimdən borc alan insan deyiləm", - deyə Aynur Sevgi bildirib.
O, həmçinin, dövlət və aidiyyəti qurumlara çağırış edərək bu məsələni ciddi nəzarətə götürmələrini istəyib:
"Burada mənim adım hallanır. Dövlət qurumlarından xahiş edirəm ki, bu məsələni araşdırsınlar".
Lalə Novruz, BakuPost