Bu gün jurnalistlərin, blogerlərin fəaliyyəti marağa və geniş müzakirələrə səbəb olur. Hər iki iş məlumatın toplanması, işlənməsi və yayılması ilə bağlıdır, lakin hər birinin öz xüsusiyyətləri var. Bu yazıda jurnalist və blogger işi arasındakı əsas fərqləri, onların funksiyalarını, məqsədlərini və cəmiyyətə təsirini nəzərdən keçirəcəyik.
BİRİNCİ FƏRQ – VƏZİFƏLƏR
Jurnalistika bir peşədir. Onun vəzifəsi obyektiv, həqiqəti əks etdirən və dil normalarına uyğun təqdim olunmuş məlumatları insanlara çatdırmaqdır. Bloger mahiyyətcə hadisələrin şahididir, onun üçün sosial şəbəkələrdə məlumat yaymaq hobbidir. Bu gün o, sosial şəbəkədə beş yazı dərc edə bilər, sonra iki ay yoxa çıxa bilər və buna görə heç kim ona heç nə deməyəcək.
İKİNCİ FƏRQ – QANUNLAR
Jurnalist düşündüyü hər şeyi edə və deyə bilməz. Onun fəaliyyətini tənzimləyən çoxlu sayda normativ hüquqi aktlar var. Bunlara Konstitusiya, Mülki Məcəllə, “KİV haqqında”, “Reklam haqqında”, “İnformasiya haqqında”, "Dövlət sirri haqqında" və s qanunlar daxildir. Bundan əlavə, hər bir media işçisi öz işində "Jurnalistlərin Peşə Etikası Qaydalarını" əsas götürməlidir. Blogerin azadlığı isə məhdud deyil, hazırda yalnız onun fəaliyyəti ilə bağlı xüsusi qanun yoxdur. Amma o da fəaliyyətində mövcud qanunları pozmamamlıdır.
ÜÇÜNCÜ FƏRQ – YARADICILIQ AZADLIĞI
Bloqçu böyük yaradıcılıq azadlığına malikdir. O, öz mövqeyini onlayn yayımlayır və bu, “ağızdan ağıza” ötürülür. Bir qayda olaraq, bloger tərəfindən yayılan məlumatlar strukturlaşdırılmır, mötəbər mənbələrdən toplanmır və etik standartlara uyğun gəlmir. Bloqçular öz emosiyalarını öz mülahizələri ilə idarə edirlər və yalnız bəyəndiklərini yazırlar. Jurnalist internetdə deyilən hər bir sözə görə cavabdehdir və mötəbər mənbələrə istinadən yalnız təsdiqlənmiş məlumatları dərc etməlidir. Bundan əlavə, onun mətnlərində heç bir mövqe izlənilməməlidir. O, tamaşaçıları ilə həmişə obyektiv, tərəfsiz, açıq və dürüst olmalıdır.
DÖRDÜNCÜ FƏRQ – DEDLAYN
Medianın işi müntəzəmdir. Jurnalistin fəaliyyəti həmişə müəyyən müddətlərlə məhdudlaşır. Onun üçün “son tarix” peşədəki ən vacib anlayışlardan biridir. O, uzun müddət material üzərində işləyə bilmir, çünki bu və ya digər hadisəni vaxtında yazmasa, operativliyi əldən verəcək və ola bilsin ki, tamaşaçıların inamını itirəcək. Blogerin fəaliyyəti son tarixlərlə tənzimlənmir. Onun işi “ilhamla” və öz iradəsi ilə baş verir.
FƏRQ – MAAŞ
Blogerlər əsasən, öz sosial şəbəkələrini işlətməklə pul qazanırlar. Reklam və ya hər hansı məhsul satırlar, sponsor olurlar, ortaq proqramlar aparırlar və barterdə iştirak edirlər. Jurnalistlər isə birbaşa işəgötürəndən maaş alırlar. Bu, bir qayda olaraq, qonorar, əmək haqqı və mükafatlardanibarətdir.
Sonda qeyd edək ki, bloqçuların auditoriyası, bir qayda olaraq, dar istiqamətlidir - onlar yaradıcılığında öz dəyərlərivə maraqlarına uyğun insanlara xitab edirlər. Jurnalistlər öz materiallarını media vasitəsilə daha geniş ictimaiyyətə ünvanlayırlar.
Zaur
BakuPost