Ru
15:23 / 30 Yanvar 2025

Jurnalistlər səhiyyə ilə bağlı dinləmələrdən uzaqlaşdırıldı

Jurnalistlər səhiyyə ilə bağlı dinləmələrdən uzaqlaşdırıldı
766

Jurnalistlər Milli Məclisdə səhiyyə ilə bağlı ictimai dinləmələrdən uzaqlaşdırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə REAL TV-nın əməkdaşı Mahir Məmmədli bildirib.

"Milli Məclisdə səhiyyə ilə bağlı ictimai dinləmə keçirilib və dinləmənin ortasında jurnalistlər zaldan çıxarılıb. Hanı burdakı ictimailik? Səhiyyə ilə bağlı kifayət qədər ciddi problemlər var. Bu baxımdan, ictimai dinləmənin keçirilməsi vacibdir. Amma bu dinləmə yalnız "ictimai dinləmə keçirdik" demək üçün keçirilməməli idi.

Milli Məclisdə ictimai dinləmə ənənəsi spiker Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin 6-cı çağırışından başlayıb. Ötən müddət ərzində maraqlı ictimai dinləmələr keçirilib, onların bəzilərinin faydasını da görmüşük. Lakin bu günkü tədbiri onlara aid etmək olmaz", - deyə jurnalist qeyd edib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli məsələ ilə bağlı Bakupost.az -ın sualına cavabında məsələdən məlumatsız olduğunu bildirib.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar