Çeçenistanda Bakıdan Qroznıya uçan Embraer E190 təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması zamanı sağ qalan stüardessalar Zülfüqar Əsədov və Aydan Rəhimli mükafatlandırılacaq.
Bakupost.az Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə respublikanın başçısı Ramzan Kadırovbildirib.
Kadırov ekipajın müstəsna cəsarəti və peşəkarlığını vurğulayaraq, stüardessalara “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına layiq görüb.
Bundan əlavə, Qroznıda təyyarə qəzası qurbanlarının xatirəsinə xatirə lövhəsi qoyulacaq.
"Kadırov ekstremal vəziyyətdə ekipajın fədakarlığını və çevik hərəkətlərini, faciənin nəticələrinin minimuma endirilməsinə töhfələrini xüsusi vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevə və həlak olanların ailələrinə başsağlığı verib", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Rusiya ərazisində vurulub və 2024-cü il dekabrın 25-də səhər saatlarında Aktauda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub; 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.
Zaur, BakuPost