Ru
11:16 / 01 Mart 2025

Kafedə qumarxana aşkarlandı - Saxlanılanlar var - FOTO

Kafedə qumarxana aşkarlandı - Saxlanılanlar var  - FOTO
Eye 1054

Qaradağ rayonunda kafedə qumarxana təşkil edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.


Görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.

U.Hüseynov barəsində Qaradağ RPİ-də istintaq araşdırmaları aparılır.

Digər şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar