Ru
15:56 / 08 Mart 2025

Kafedralar ləğv edilir, vacib fənn sıradan çıxarılır - Universitetlərə sərt tənqid

Kafedralar ləğv edilir, vacib fənn sıradan çıxarılır - Universitetlərə sərt tənqid
Eye

"Yüz əlli ilə yaxındır ki, Azərbaycan ədəbiyyatı sistemli şəkildə tədqiq olunur. Buna baxmayaraq, ədəbiyyatımızın elə problemləri, istiqamətləri var ki, araşdırılmasını gözləyir. Üstəlik, sovet dövründə araşdırılan bir çox problemlər, ədəbi hadisələr və şəxsiyyətlərin yaradıcılığı ideoloji mövqedən tədqiq olunduğundan yenidən araşdırılmanı zəruri edir".

Bakupost.az xəbər verir ki, bunu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, Bədirxan Əhmədli Azərtac-a bildirib.

Onun fikrincə, maarifçi realizm, romantizm və onun hüdudları, mərhələləri, tənqidi realizm istilahları, onun nümayəndələri yenidən tədqiq olunmalı, ideoloji, siyasi yanaşmalardan azad olunmalıdır:

"Təəssüf ki, magistrant və doktorantlara mövzular verilərkən bunlar nəzərə alınmır. Bundan başqa, aparılan araşdırmalarda nəzəri kontekst, bədii mətnlə işləmək olduqca zəifdir. Nəzəri yanaşmaların zəifliyi həm də universitetlərdə ədəbiyyat nəzəriyyəsi fənninin getdikcə sıradan çıxmasından irəli gəlir. Hətta bütün universitetlərdən ədəbiyyat nəzəriyyəsi kafedraları ləğv edilib. Bu cür filoloji təhsildə tələbə və magistrantlar hansı nəzəri yanaşma sərgiləyə bilərlər. Doktorantura təhsilində də yeni yanaşmalar keçmək lazım gəlir".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar