Los-Ancelesdə baş verən yanğınlar nəticəsində ən azı 11 nəfər həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı ərazi məhkəmə-tibbi ekspertizasına istinadən məlumat yayıb.
"Onlardan 5-i Palisades yanğını, 6-si isə Eaton yanğını nəticəsində ölüb", - deyə materialda bildirilir.
Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesin qərb hissəsində güclü küləklə müşayiət olunan meşə yanğını başlayıb. Yerli hakimiyyət orqanları Sakit Okean Palisades bölgəsinin sakinlərini məcburi evakuasiya edib. Yanvarın 8-nə qədər yanğın sahəsi artaraq 13,44 kvadrat kilometrə çatıb.
Yanvarın 10-da ABŞ prezidenti Co Bayden Los-Ancelesdəki meşə yanğınlarının vurduğu ziyanın döyüş zonası ilə müqayisə oluna biləcəyini bildirib. Ağ Evin rəhbəri həmçinin vurğulayıb ki, ərazidə “aşkar talançılıq əlamətləri” olub.
Lalə, BakuPost