Ru
18:27 / 08 Aprel 2025

"Kallas bizi sanksiyalarla qorxutma" - Kaladze

"Kallas bizi sanksiyalarla qorxutma" - Kaladze
Eye

Tbilisi meri və hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze Avropa diplomatiyasının rəhbəri Kaya Kallasa Gürcüstanı sanksiyalarla qorxutmamağı tövsiyə edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə görüşündə bildirib.

"O bizi sanksiyalarla qorxutmasın. Biz ölkəmizi, ölkəmizin maraqlarını müdafiə edirik", - Kaladze qeyd edib.

Mer vurğulayıb ki, Kallas “gürcü xalqının lideri” ola bilməz:

"O, qoy əmrinə itaət edənlərə əmrlər versin".

Aprelin 2-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos birgə bəyanat yayaraq Gürcüstanın xarici agentlər və media standartları haqqında qanunlarının ölkənin Avropa İttifaqına inteqrasiyasına mane olacağını bildiriblər. Onlar bildiriblər ki, bu addımlar “Gürcüstanda demokratiyanın əsaslarını daha da sarsıdır”. Onlar bu cür hərəkətləri "Avropa Birliyinin dəyərlərinə mahiyyətcə uyğun olmayan addımlar" adlandırıblar.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar