AZAL təyyarəsinin Aktuada qəzaya düşməsi ilə bağlı 3 ölkədə ayrı-ayrı cinayət işi başlanılıb.
Bakupost.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır.
Baş prokuror qeyd edib ki, Qazaxıstan və Azərbaycanın araşdırmalarının nəticələri müzakirə olunur.