“Kinoyla bağlı vəziyyət çox acınacaqlıdır. Heç kino var ki... Yoxdur axı. Təkcə kino yox, teatr da, televiziya da yoxdur. Ortalıqda olan 5-6 manatın davası gedir”.
Bunu Bakupost.az -a açıqlamasında aparıcı, aktyor Kamran Həsənli bildirib.
O deyib ki, kinonun başında duranların milli düşüncəsi, siyasi baxışı olmalıdır:
“Onlar da yoxdur. Bu gün kinomuz televiziyamızla eyni səviyyədədir. Necə ki, o səviyyəsizliyi televiziyada görürsünüz, kinoda da eyni şeydir”.
K.Həsənli bizimkilərin hələ də komediya janrında ilişib qaldıqlarını bildirib:
“Bunlara heç cür başa sala bilmirik ki, komediya janrı artıq dünyada yoxdur. İndi Çarli Çaplin var? Özləri deyirlər ki, böyük ssenarilərə baxa bilmərik. Bunlar camaatı güldürmək üçün ancaq komediya janrında film çəkirlər. Amma özləri gülünc vəziyyətinə düşürlər”.
Qeyd edək ki, 2 avqust Azərbaycan Kinosu Günüdür.
Vasif Əlihüseyn
BakuPost
sənə versəydilər bu kinonu...