Kanada artıq NASAMS zenit-raket kompleksini Ukraynaya təhvil verib.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Uilyam Bleyr Qalifaksda keçirilən təhlükəsizlik forumunda bildirib. Onun çıxışı Kanada televiziya kanallarında yayımlanıb.
“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, ABŞ-la birgə təxminən iki il əvvəl əldə etdiyimiz NASAMS zenit-raket kompleksi artıq Ukraynaya çatdırılıb”, - deyə nazir bildirib.
11 yanvar 2023-cü ildə Kanada hökuməti Ukraynanın ehtiyacları üçün ABŞ-dan NASAMS hava hücumundan müdafiə sistemlərini 406 milyon Kanada dollarına (o vaxt mövcud olan məzənnə ilə təxminən 303 milyon dollar) alacağını açıqladı. Hava hücumundan müdafiə sistemlərinin alınması üçün vəsait dərhal köçürülməyib və Amerika Konqresi transferi yalnız 2023-cü ilin mayında təsdiqləyib. Bundan əvvəl Bleyr ABŞ-ı NASAMS-ın Ukraynaya çatdırılmasını gecikdirməkdə günahlandırmışdı.
Zaur, BakuPost