Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:40 / 16 Oktyabr 2024

"KapitalBank" şəhid atasını məhkəməyə verdi - Hakim cəza kəsdi - VİDEO

2960
Şəhid atası Mənəfov Azad Mursel oğlu “Kapital Bank”dan şikayətçidir. O iddia edir ki, ödəyə bilmədiyi kredit səbəbindən bank onu məhkəməyə verib. Qax rayon Məhkəməsinin hakimi Taleh Kərimov isə onun kreditin ödənməmiş hissəsini faizi və komissiya haqqı ilə birlikdə ödəməsi ilə bağlı qərar çıxarıb.

Azad Mənəfov Bakupost/az -a deyib ki, maddi vəziyyətində, iş yerində sıxıntılar başalayana qədər borcu vaxtı-vaxtında ödəyib:

““Kapital Bank”dan 3500 manat krtedit götürdüm. Faizi ilə birlikdə 5200 manat ödəməli idim. Hazırda təxminən 2600 manat borcum qalıb. Sıxıntılara düşdüm, çətinliklər çəkdim, ödəyə bilmədim. Fəhlə işləyirəm, bir gün iş olur, beş gün olmur. Vaxtlı-vaxtında ödəyə bilmirəm deyə “Kapital Bank” məni məhkəməyə verib”.

Şikayətlə bağlı “Kapital Bank”la əlaqə saxladıq. Məsələni araşdırıb cavab verəcəklərini dedilər.

Qeyd edək ki, Azad Mənəfovun oğlu Nicat Mənəfov Vətən Müharibəsinin iştirakçısıdır. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ətraflı BTV-nin süjetində:




Şərhlər
  • Rufet

    Ayıb olsun o bankın rəhbərliyinə. Şəhid ailəsin məhkəməyə verir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar