Ru
11:35 / 16 Noyabr 2024

Karyerasını başa vuracağı vaxt açıqlandı

Karyerasını başa vuracağı vaxt açıqlandı
Eye

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu UEFA Millətlər Liqasında Polşa ilə matçdan (5:1) sonra fikirlərini bölüşüb.

O, futboldan həzz almaq istədiyini vurğulayıb:

"Mən, sadəcə, həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vuracağam".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in heyətində bu mövsüm 15 matçda iştirak edən K.Ronaldu 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar