Gürcüstanın yeni seçilən Prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilir.
Bakupost.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, parlamentdə keçirilən tədbirin təqribən 40 dəqiqə davam etməsi gözlənilir.
Xatırladaq ki, 53 yaşlı M.Kavelaşvili Gürcüstanın ümumxalq səsverməsi yolu ilə deyil, 300 nəfərlik seçici kollegiyası tərəfindən seçilən ilk prezidenti olub. Ölkədə prezident seçkiləri dekabrın 14-də baş tutub.