Ru
23:50 / 13 Noyabr 2024

Kaxa Kaladze: Saakaşvili həbsdən çıxa bilməyəcək

Kaxa Kaladze: Saakaşvili həbsdən çıxa bilməyəcək
Eye

“Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili ona qarşı başqa cinayət işləri açıldığı üçün indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək”.

Bakupost.az xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində deyib.

“Bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və prezidentin əfv fərmanı o baxımdan mənasını itirir ki, əgər Zurabişvili belə bir qərar qəbul edərsə, o, azadlığa buraxıla bilməyəcək. Çünki ona qarşı qaldırılan başqa mühüm işlər də var”, - deyə o qeyd edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar