Ru
22:05 / 25 Yanvar 2025

Kaya Kallas Bakıya gəlir

Kaya Kallas Bakıya gəlir
2523

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Trend-ə Brüsseldəki mənbə məlumat verib.

“Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə K.Kallasın səfəri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar