Ru
17:31 / 14 Mart 2025

Kazanda 11 nəfəri vuran sürücü həbsxanaya göndərildi

Kazanda 11 nəfəri vuran sürücü həbsxanaya göndərildi
Eye

Kazanda avtomobili insanların üzərinə sürən taksi sürücüsü 2 ay müddətinə həbs edilib.

Bakupost.az xəbər verir ki, bu barədə “Vecernyaya Kazan” Telegram kanalı məlumat yayıb.

“İstintaq hesab edir ki, sürücü narkotikin təsiri altında avtobus dayanacağına girib, 12 nəfəri vurub və avtobusa çırpılıb. Nəticədə 11 piyada xəsarət alıb”, - məlumatda deyilir.

Mənbənin sözlərinə görə, cinayət törədən şəxs əvvəllər də narkotik maddələrdən istifadə etdiyinə görə məsuliyyətə cəlb edilib.

Telegram kanalı iddia edir ki, həmin şəxs iki ay müddətinə həbs edilib. Bundan əlavə, onu 7 ilə qədər həbs gözləyir.

Hadisə martın 10-da Kazan şəhərinin Vişnevski küçəsində baş verib.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar