Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanlarının dünən Səhiyyə Nazirliyində keçirdiyi əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan birinin adı son günlərdə saxta setifikat məsələsi ilə bağlı gündəmə gələn nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Bakupost.az -ın əməkdaşı
məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən xəbəri
Bakupost.az -a nə təsdiq, nə də təkzib etdilər: "Bu gün bununla bağlı mətbuat üçün rəsmi açıqlama olacaq. Açıqlamanı gözləyin".
Aygün, BakuPost