Ru
13:05 / 11 Aprel 2025

Keçmiş bələdiyyə sədrinə hökm oxundu - FOTO

Keçmiş bələdiyyə sədrinə hökm oxundu  - FOTO
Eye

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.

Bakupost.az -ın Modern.az-a istinadən məlumatına görə, keçmiş bələdiyyə sədri Lənkəran rayon Məhkəməsi tərəfindən 3 il müddətə azadlığın məhdudlaşdırılması, 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, A.Mirzəyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3- cü (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz işindən istifadə edərək törədildikdə),179.2.4-cü (Mənimsəmə və ya israf etmə xeyli ziyan vurmaqla törədildikdə), 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitdən təyinatı üzrə istifadə edilməməsi) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar