Rusiyanın "Lokomotiv" futbol klubunun keçmiş oyunçusu Aleksandr Əliyev axtarışa verilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, kutbolçu Kursk vilayətində dinc sakinləri öldürməyə çağırışlar etdiyi üçün ona qarşı Rusiya Cinayət Məcəlləsinin 205.2 (terror fəaliyyətinə açıq çağırışlar) maddəsi ilə cinayət işi açılıb. O, axtarışa verilib.
Bildirilir ki, A.Əliyev Xabarovskda anadan olub və 12 yaşına qədər anasıyla birlikdə Kurskda yaşayıb. Əliyev Rusiyada “Lokomotiv” (2010) və Mahaçqalanın “Anji” (2014-2015) klublarında çıxış edib. 2010-cu ildə Rusiya çempionatının "ən yaxşı oyunçusu" seçilib.
A.Əliyev həmçinin Kiyev “Dinamo”sunun tərkibində ikiqat Ukrayna çempionu olub, ölkə kubokunu və üç dəfə Superkubokunu qazanıb. Yarımmüdafiəçi Ukrayna millisində 28 oyun keçirib və 6 qol vurub.
Vasif
BakuPost