Ru
11:28 / 27 Yanvar 2025

Keçmiş hakim vaxtından əvvəl azadlığa buraxıldı

Keçmiş hakim vaxtından əvvəl azadlığa buraxıldı
1213

Dələduzluqda təqsirli bilinərək 4 il 6 aylıq həbsə məhkum edilmiş keçmiş məhkəmə hakimi Lətif Nəbiyev vaxtından əvvəl azadlığa buraxılıb.


Bakupost.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.

Məhkum şəxs hökm qanuni qüvvəyə minəndən sonra zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib, onlarla barışıq əldə edib. Bundan əlavə, cəzadan azad edilmək üçün dövlət büdcəsinə ziyanın 25 faizi qədər ödəniş də edib.

Hakim Emin Rüstəmov bunu nəzərə alaraq qanunun müvafiq maddəsinə əsasən qərar verib.

Qərara əsasən, Lətif Nəbiyev vaxtından əvvəl cəza çəkmədən azad edilib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, L.Nəbiyev Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi işləyib. Bir neçə nəfərin külli miqdarda pulunu dələduzluqla ələ keçirdiyi üçün 3 il əvvəl həbs edilmişdi.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar