Ru
11:28 / 31 Mart 2025

Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı öldü

Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı öldü
Eye

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində təmsil olunan şəxslərin müflis etdiyi iş adamı İbrahim Zeynalov vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə teleqraf-a mərhumun yaxınları məlumat veriblər.

İ.Zeynalov Neftçala rayonunun Bankə qəsəbəsində yaşadığı vaqonda, 76 yaşında dünyasını dəyişib.

Keçmiş iş adamının xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, o, Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan "Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu”nda uzun illər direktor işləyib. 2007-ci ildə Bakıda sintetik xalça fabriki açıb. Elə həmin ərəfədə MTN tərəfindən saxlanılıb, 8 milyon manat pulu hədə-qorxu yolu ilə ələ keçirilib.

Bundan sonra müflis olan İ.Zeynalov son illər Neftçala rayonundakı vaqonda yaşayırdı.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar