14.03
Sovet illərində yüksək vəzifələrdə çalışmış 86 yaşlı İbrahim Mustafayev Bakıda yol qəzasında həyatını itirib.
Bakupost.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Bildirilib ki, uzun illər dövlət vəzifələrində, eləcə də nazir müavini postunda çalışmış İ.Mustafayev paytaxt ərazisində yolu keçərkən avtomobilin vurması nəticəsində ölüb. Belə ki, o, məşq etdiyi idman zalından çıxıb yolu keçərkən bədbəxt hadisə ilə üzləşib.
Qeyd edək ki, İbrahim Mustafayev 1938-ci ildə Nuxada (indiki Şəki) anadan olub. O, 1977-84-cü illərdə Azərbaycan SSR yerli sənaye nazirinin müavini, 1984-89-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru, 1989-94-cü illərdə Azərbaycan Yüngül Sənaye Nazirliyində şöbə müdiri, “Xalq Üçün Mallar” Dövlət Konserninin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
***
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hekabr 3-də saat 07 radələrində paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində baş verib. Yolu keçən 2 piyadanın "Chevrolet" markalı avtomobillə vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Piyadalardan biri 1938-ci il təvəllüdlü İ.Mustafayev hadisə yerində ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları aparılır.