Ru
10:56 / 29 Mart 2025

Keçmiş qondarma rejimlə bağlı daha bir ləğv QƏRARI

Keçmiş qondarma rejimlə bağlı daha bir ləğv QƏRARI
Eye

Məhv olmuş qondarma “artsax”ın Rusiyadakı nümayəndəliyi fəaliyyətini dayandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti yazıb.

Nəşr xatırladır ki, 44 günlük müharibədən sonra “artsax”ın Rusiya Federasiyasındakı daimi nümayəndəliyinin bağlandığı haqda xəbərlər yayıldı. Lakin həm 2021, həm də 2022-ci ildə bu məlumat təkzib edildi:

“Nümayəndəlik həqiqətən də o dövrdə fəaliyyətini davam etdirirdi, lakin bu yaxınlarda bağlandı. Bu məlumatı “artsax”ın Rusiya Federasiyasındakı daimi nümayəndəsi Albert Andrianla dəqiqləşdirməyə çalışdıq, lakin əlaqə saxlaya bilmədik.

“Artsax”ın inkarı və təslim olmasından əvvəl həmin nümayəndəliyin funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə verilməsi təklifi var idi. Lakin bizdə olan məlumata görə, hətta o mövzu da indi bağlanıb”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar