Ru
10:21 / 30 Yanvar 2025

Ermənipərəst senatora 11 il həbs cəzası verildi

Ermənipərəst senatora 11 il həbs cəzası verildi
Eye

ABŞ-nin keçmiş senatoru Bob Menendez rüşvətxorluq və korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Amerika mətbuatı yazıb.

Keçmiş senator ona qarşı işin siyasi təqib olduğunu bildirib: "Bu, siyasi məhkəmədir".

2024-cü ilin iyulunda münsiflər heyəti Menendezi rüşvətxorluq, qəsb, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək kimi 16 maddə üzrə ittiham etdi. Xüsusilə, senator Misirə hərbi təchizat və yardımın koordinasiyasını asanlaşdıracağını vəd edib.

Xatırladaq ki, Menendes Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğu dövrdə fəal ermənipərəst mövqeyi və anti-Azərbaycan fəaliyyəti ilə diqqət çəkib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar