Ru
12:42 / 09 Yanvar 2025

Keçmiş vəkilə HÖKM OXUNDU - Məhkəmə zalında həbs edildi

Keçmiş vəkilə HÖKM OXUNDU - Məhkəmə zalında həbs edildi
1050

“Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda işləmiş Babək Rzayevlə bağlı məhkəmə araşdırması sona çatıb.

Bakupost.az xəbər verir ki, onunla əlaqədar Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Vəkil müştərilərindən müqavilədənkənar pul alaraq onlara vəzifəli şəxslər vasitəsilə məhkəmə işlərində kömək edəcəyini vəd verməkdə ittiham edilib.

B.Rzayev əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib, sonradan ev dustaqlığına buraxılıb. Onun vəkillik fəaliyyətinə də xitam verilib.

Məhkəmənin yekun hökmü ilə isə Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca qandallanaraq həbsə göndərilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar