Ru
16:55 / 13 Dekabr 2024

Keçmiş vəzifəli şəxsin CƏZASI AĞIRLAŞDIRILDI - FOTO

Keçmiş vəzifəli şəxsin CƏZASI AĞIRLAŞDIRILDI - FOTO
Eye

Rüşvət almaqda təqsirli bilinərək həbs edilmiş Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Elgün Abdullayevin cəzası ağırlaşdırılıb.

Bakupost.az xəbər verir ki, ona Cinayət Məcəlləsinin 314-2.1-ci maddəsi ilə yeni iş açılıb.

Həbsdə olan vəzifəli şəxsin Lənkəranda qanunsuz torpaq sahəsi ayırması, tikintiyə icazə verməsi və bu vasitə ilə şəhərdə 7 mərtəbəli bina tikilməsi üzə çıxıb.

Lənkəran Rayon Məhkəməsi yeni cinayət işi üzrə Elgün Abdullayevə hökm oxuyub. Hökmə əsasən, onun mövcud olan 8 illik həbs cəzası ağırlaşdırılaraq 8 il 6 ay edilib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar