Kəlbəcər rayonunda qəzaya düşərək, həlak olduğu bildirilən İlahə Rəsul qızı Şahverdiyevanın ötən ilin yazında cavan oğlu da dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, bu barədə İ.Şahverdiyeva ötən ilin mayında sosial şəbəkədə paylaşım edib.
"Sənsiz yaşamaq cəhənnəmdə yaşamaqdı, mən bu dünyada cəhənnəmdə yaşadım, sən cənnətdə ol, ömrümün bəzəyi oğlum. Sən ananın cənnətisən. Mən səndən ayri yaşamaq istəmirəm, canım oğlum..", - deyə o, oğlunun fotosunu paylaşaraq yazıb.
Qeyd edək ki, bu gün "Nissan Pathfinder" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyevanın həlak olduğu bildirilir.
Hadisə ilə bağlı İ.Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyev
Bakupost.az -a bildirib ki, İlahə Şahverdiyeva qəzadan sonra Gəncəyə hospitala aparılıb.
"Biz də yeni xəbər tutmuşuq. Bizə onun ölmədiyini, vəziyyətinin ağır olduğunu bildiriblər. Gəncəyə hospitala aparıblar. Biz də oraya gedirik", - deyə İ.Şahverdiyevanın əmisi oğlu A.Şahverdiyev bildirib.
Qeyd edək ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı, Birinci Qarabağ müharibəsi şəhidi Rəsil Şahverdiyevin qızıdır.