15.31
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Nissan Pathfinder" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatı araşdırılır.
Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.
***
15.45
Qəzaya düşən İlahə Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyevin Bakupost.az -a bildirdiyinə görə, qəzadan sonra xanım hərbçi Gəncəyə hospitala aparılıb.
"Biz də yeni xəbər tutmuşuq. Bizə onun ölmədiyini, vəziyyətinin ağır olduğunu bildiriblər. Gəncəyə hospitala aparıblar. Biz də oraya gedirik", - deyə İ.Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyev bildirib.
Qeyd edək ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı, Birinci Qarabağ müharibəsi şəhidi Rəsil Şahverdiyevin qızıdır.
***
"Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızının idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".
Bu barədə
Bakupost.az -a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!