Ru
10:13 / 19 Mart 2025

Kennedinin qətli: 80 min səhifəlik sənəd açıqlandı

Kennedinin qətli: 80 min səhifəlik sənəd açıqlandı
Eye

Tramp administrasiyası ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik sənədi dərc edib.


Bakupost.az xəbər verir ki, sənədlər ABŞ Milli Arxivinin rəsmi saytında elektron şəkildə yayımlanıb.

ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, daha əvvəl məxfi saxlanılan sənədlərin tam şəkildə ictimaiyyətə təqdim olunmasına göstəriş verilib.

Milli Kəşfiyyat Direktorunun Ofisi bildirib ki, bu sənədlər əvvəlki məxfi qeydlərin redaktəsiz versiyasıdır. Bununla yanaşı, məhkəmə möhürü ilə qorunan və ya böyük münsiflər heyətinə aid bəzi materiallar məxfi olaraq qalır.

Mütəxəssislər yeni açıqlanan sənədlərin Kennedinin qətli ilə bağlı əsaslı bir yenilik ortaya çıxarmayacağını düşünürlər.


ABŞ-ın 35-ci prezidenti Con Kennedi 22 noyabr 1963-cü ildə Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb. O, avtomobildə açıq kortejlə hərəkət edərkən atəşə tutulub. Prezidentin ölümünə səbəb baş və boyun nahiyəsindən aldığı güllə yaraları olub.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar