Bu gün ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi işi ilə bağlı material ictimaiyyətə açıqlanacaq.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
“Hər kəs bunu onilliklər boyu gözləyirdi. Seçki kampaniyası zamanı dedim ki, bunları ictimailəşdirəcəm. Sözümün üstündə dururam”, – deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd olunub ki, material təxminən 80 min səhifədən ibarətdir.