Ru
21:11 / 05 İyul 2024

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə təyinat oldu

2275
Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

Bakupost.az -ın məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Məlumata görə, Vətən müharibəsi qəhrəmanı general-mayor Kənan Seyidov Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

Qeyd edək ki, general Kənan Seyidov Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə, müxtəlif orden və medallarla o cümlədən, Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif edilib.

***

Kərəm Mustafayev Manset.az-a açıqlamasında məlumatı təsdiq edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər