Bu il avqustun 15-dən etibarən bahalaşan internet çox təəssüf ki, keyfiyyətlə bağlı gözlənilən nəticəni vermədi. İstifadəçilər qiymət qalxsa da, internetin sürətində heç bir dəyişiklik olmadığını deyilər.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə də şikayətlər səngimir. “Pulunu ödəyirik, ancaq internet əvvəlkindən daha betər günə qalıb” deyənlərin sayı-hesabı yoxdur.
Keyfiyyət yoxdusa, niyə qiymət məsələsinə yenidən baxılmır? İnformasiya texnologiyaları mütəxəssisi Fərid Kazımov bu barədə danışıb.