Ru
17:52 / 20 Yanvar 2025

Keyfiyyətsiz medal QALMAQALI: Türkiyədə də araşdırma başladı

Keyfiyyətsiz medal QALMAQALI: Türkiyədə də araşdırma başladı
768

Ötən il Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı qalmaqal yaşanıb. Belə ki, “Paris-2024” XXXIII nda qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb.

Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.

Qeyd edək ki, bu barədə ilk narazılıqlar Olimpiya Oyunlarının başlamasından dərhal sonra ortaya çıxıb. Keçən ilin yayında amerikalı skeytbordçu Nicah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilib.

Olimpiadadan bir neçə gün keçməsinə baxmayaraq, medal olduqca köhnə görünürdü. Daha sonra bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlayıb. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının timsah dərisinə oxşadığını bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib. Qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi “Chaumet” tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib.

Artıq Azərbaycan idmançılarına da verilən medalların keyfiyyətsiz olması faktları aşkarlanıb. Bəs Türkiyədə vəziyyət necədir?

Bakupost.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının katibi Mehmet Emin Özlə həmsöhbət olub.

O bildirib ki, sözügedən mövzu ötən həftələrdə Türkiyə mediasında da gündəm olub. Deputatın sözlərinə görə, Türkiyə idmançılarına verilən medalların keyfiyyətsiz olması, boyasının silinməsi ilə bağlı məlumatlar yayılıb.

"Hələlik bununla bağlı qərar verilməyib. Mən indicə cənab nazirlə danışdım, bildirdi ki, bununla bağlı yoxlamalar aparılır. Sonda qərarın nə olacağı isə yoxlamaların nəticəsindən asılı olacaq”, - Mehmet Emin Öz qeyd edib.

Xatırladaq ki, Paris Olimpiadasında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Türkiyə qızıl medal qazanmasa da, yarışı 8 medalla başa çatdırıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar