Ru
19:47 / 05 Mart 2025

ki qardaş bu nazirlikdən çıxarıldı, yeni vəzifə verildi

ki qardaş bu nazirlikdən çıxarıldı, yeni vəzifə verildi
Eye

Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çalışan Asif və Rafiq Verdiyev qardaşları Azərbaycan Su Ehtiyatları Agentliyində (ADSEA) işə başlayıblar.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, Asif Verdiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Ona ADSEA-ya daxil olan qurumların birində vəzifə verilib.

Rafiq Verdiyev isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini vəzifəsində işləyirdi. O, bir müddət əvvəl Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri vəzifəsinə başlayıb.

Hər iki təyinat bu ilin əvvəlində baş tutub.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar