Ru
11:20 / 04 Dekabr 2024

"Kia" yol kənarında dayanan "Toyota Prius"a ÇIRPILDI - VİDEO

 "Kia" yol kənarında  dayanan "Toyota Prius"a ÇIRPILDI - VİDEO
Eye

Paytaxtın Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hərəkətdə olan "Kia Sorento" markalı avtomobil yolun kənarında qəza işıqlarını yandıraraq dayanan "Toyota Prius" markalı avtomobilə çırpılıb.


Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Müraciətdə qeyd olunur ki, yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır:

"Xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir. Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir".

VİDEO:

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar