Ru
10:56 / 04 İyul 2024

Kiçik sahibkarlar necə sıxışdırılır? - Ekspert açıqladı

1514
“Bu gün ölkədə fəaliyyət göstərən kiçik sahibkarlar böyük marketlərdə yer tapmaqda çətinlik çəkirlər. Bəzi hallarda isə ümumiyyətlə, yer tapa bilmirlər. Böyük şirkətlərin əsas üstünlüklərindən biri dövriyyələrinin böyük olmasıdır. Onlar marketlərə bəzi güzəştlər təklif edir. Məsələn, satış üçün marketlərə verdikləri birinci partiya məhsulların pullarını almırlar. Birinci dəfə verilən məhsullar marketin öz dövriyyəsində qalır. Təbii ki, bu da market sahiblərinə sərf edir. Amma kiçik sahibkarların dövriyyəsi az olduğu üçün bunu etmək imkanları yoxdur. Bu səbəbdən də iri marketlər kiçik sahibkarlarla işləmək istəmirlər. Hazırda bu məsələ ilə bağlı çox ciddi problemlər mövcuddur”.



Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.


O bildirib ki, böyük şirkətlər marketlərə güzəştlər, endirimlər, kampaniyalar təklif edirlər:


"Bu zaman marketlər hər məhsulun üzərinə öz faizlərini əlavə edərək bundan yaxşı qazanc əldə edirlər. Ancaq kiçik sahibkarların belə güzəştlər etməyə gücləri çatmır. Nəticədə də kənarda qalırlar. Bu problemi aradan qaldırmağın yeganə yolu dövlət tərəfindən təşviqedici proqramların hazırlanmasıdır. Bu məsələni qanunvericiliklə yox, yalnız təşviq proqramları ilə həll etmək olar”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər