Ru
17:56 / 10 Mart 2025

Kim Çen ABŞ-nin təlimlərinə raketlərlə cavab verdi

Kim Çen ABŞ-nin təlimlərinə raketlərlə cavab verdi
Eye

Şimali Koreya, Cənubi Koreya və ABŞ-nin hərbi təlimlərə başladığı bir vaxtda, ballistik raket buraxılışı həyata keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə Euronews biıldirib.

Cənubi Koreya ordusundan verilən məlumata görə, Şimali Koreya bazar ertəsi dənizə doğru bir neçə ballistik raket atıb. Bu, Seul və Vaşinqtonun "Azadlıq Qalxanı" adı altında keçirilən illik böyük hərbi təlimi başladıqdan bir neçə saat sonra baş verib.
Şimali Koreya uzun müddətdir ki, bu təlimi təxribat kimi qəbul edir. Cənubi Koreya Silahlı Qüvvələrinin Birgə Baş Qərargahı raketlərin Şimali Koreyanın Hvanghae bölgəsindən atıldığını və bunun 2025-ci ildə beşinci raket atışı olduğunu bildirib.

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə bazar ertəsi erkən saatlardan başlayıb və bu təlimlər 11 gün davam edəcək.

Şimali Koreya bu hərbi məşqləri "təhlükəli təxribat hərəkəti" adlandırıb və bunun hərbi münaqişə riskini artırdığını bildirib.

Keçən həftə Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq ABŞ-ın təyyarədaşıyan gəmisinin Cənubi Koreyanın Busan limanına yanaşmasından sonra növbəti “təxribatlara” qarşı xəbərdarlıq edib.

Keçən cümə axşamı Cənubi Koreyaya məxsus iki KF-16 qırıcı təyyarəsi səhvən Şimali Koreya sərhədi yaxınlığındakı Poçeon ərazisində yaşayış məntəqəsini bombaladıqdan sonra təlimlər qısa müddətliyinə dayandırılıb. Hadisə zamanı 30 nəfər yaralanıb. Cənubi Koreya Hava Qüvvələri bu səhvi pilotlardan birinin bombalama nöqtəsi üçün yanlış koordinatlar daxil etməsi ilə əlaqələndirib. Cənubi Koreya və ABŞ hərbi qüvvələri hadisədən sonra bütün canlı atış təlimlərini dayandırıblar.
Cənubi Koreya rəsmiləri, hadisə ilə bağlı aparılan araşdırma tamamlandıqdan sonra canlı atış təlimlərinin bərpa ediləcəyini bildiriblər.

Elmina Qasımova,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar