Ru
14:59 / 28 Aprel 2025

Kim Çendən Rusiyaya hərbi yardımla bağlı ETİRAF

Kim Çendən Rusiyaya hərbi yardımla bağlı ETİRAF
Eye

Şimali Koreya Rusiyaya döyüşmək üçün əsgər göndərdiyini təsdiqləyib.

Bakupost.az Euronews-a istinadən xəbər verir ki, bu gün hakim Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının yaydığı bəyanatda bildirilir ki, Şimali Koreya lideri Kim Çen İn qarşılıqlı müdafiə müqaviləsi çərçivəsində Rusiyaya əsgərlər göndərib.

“Ədalət uğrunda döyüşənlər hamısı qəhrəmandır və vətənin şərəfini təmsil edirlər”, - bəyanatda deylir.

Şənbə günü Rusiya bəyan edib ki, ötən il Ukraynanın gözlənilməz hücumu nəticəsində nəzarətin itirildiyi Kursk vilayətindən bütün Ukrayna əsgərləri çıxarılıb. Lakin bu xəbər tam olaraq təsdiqlənməyib.

Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da bildirib ki, Şimali Koreya əsgərləri həmin bölgədə Ukrayna qüvvələrinə qarşı döyüşüb.

Rızayev Amin



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar